Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda Qurban bayramının iyunun 16 və 17-də keçirilməsi nəzərdə tutulur.
Hafta.az xəbər verir ki, bu haqda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, dövlət səviyyəsində iki gün bayram kimi müəyyən edilib. İnsanlar qurbanlarını iyunun 16, 17 və 18-də kəsə bilərlər.
Eyni zamanda, bayram namazının məscidlərdə iyunun 16 və 17-də qılınması nəzərdə tutulur.